İsrail fələstinliləri dəhşətli formada öldürməyə davam edir

İsrail fələstinliləri dəhşətli formada öldürməyə davam edir

Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı (Euro-Med) sionist İsrailin Qəzzada fələstinlilərin qanını dəhşətli şəkildə tökdüyünü və Şifa Xəstəxanası məhəlləsində onlarla evi yandırdığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı Cenevrədə yerləşən Euro-Med-dən verilən yazılı açıqlamada, 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağının sakinlərinə qarşı törədilən soyqırım cinayətinin təhlükəli şəkildə artdığı bildirilib.

Bəyanatda sionist İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza şəhərində sistematik şəkildə törətdiyi bir sıra cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, mühakimə olmadan edamlar, rabitənin kəsilməsi və Şifa xəstəxanasının ətrafındakı evləri hədəf alan intensiv bombardmanlar sənədləşdirilib. İşğalçı İsrail əsgərlərinin mülki fələstinlilərdən canlı qalxan kimi istifadə etdikləri, yaşayış məntəqələrinə hücum etdikləri, fələstinliləri həbs etdikləri, evlərini yandırdıqları qeyd edildi.

Sionist İsrail ordusunun Şifa xəstəxanası ətrafındakı ərazini döyüş bölgəsinə çevirdiyini bildirən Euro-Med-in bəyanatında sionist İsrailin Şifa xəstəxanasında müalicə alan xəstələr və yaralıları müalicəsiz və yeməksiz tərk etdiyi bildirilib.

Açıqlamada fələstinlilərə qarşı şiddətli rəftar və işgəncələrlə bağlı çoxlu müraciətlərin daxil olduğu bildirilib və işğalçı İsrailin Qəzzada fələstinli mülki vətəndaşların qanını dəhşətli şəkildə tökdüyü vurğulanıb:

"Euro-Med beynəlxalq ictimaiyyəti fələstinli mülki şəxsləri, xəstələri, yaralıları, köçkünləri və tibb işçilərini İsrailin beş aydan artıqdır Qəzza zolağında törətdiyi soyqırım cinayətindən qorumaq üçün dərhal və ciddi şəkildə müdaxilə etməyə çağırır".

Xəbəri paylaş

VİDEOLAR