Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.
Rasthaber Azərbaycan xəbər verir ki, İordan çayının Qərb sahilində İsrail qüvvələri ilə toqquşma zamanı azı 73 fələstinli xəsarət alıb.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.
Toqquşmalar Kafr-Kaddum, Kalkiliya və Beyta şəhərlərində qeyri-qanuni yəhudi yaşayış məskənlərinin inşası əleyhinə etiraz aksiyası zamanı baş verib.
İsrail qüvvələri fələstinli etirazçılara qarşı həm döyüş, həm də rezin güllələrdən, həmçinin gözyaşardıcı qazdan istifadə edib.
Döyüş güllələrindən 4 fələstinli yaralanıb, onlardan da birinin vəziyyəti ağırdır. Rezin güllələrdən 69 isə fələstinli xəsarət alıb. Daha 355 fələstinli də gözyaşardıcı qazın fəsadlarına görə xəstəxanalara müraciət edib.
Qeyd edək ki, İsrailin 1967-ci ildə işğal etdiyi Qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış mənqətəsi salınıb və yeni-yeni bu cür qeyri-qanuni məntəqələr tikilməyə davam edir.
500 mindən çox yəhudi bu ərazilərdə məskunlaşdırılıb ki, bu da işğal şəraitində yaşayan fələstinlilərin həyatını daha da ağırlaşdırır.