Sionist İsrail Fələstində törətdiyi kütləvi qırğınlara yenisini əlavə edib.
Az.rasthaber.com xəbər verir ki, yerli rəsmilərdən əldə edilən məlumata görə, İsrail ordusu bu dəfə Qəzza zolağında Kamal Advan xəstəxanası yaxınlığındakı yaşayış məntəqəsini hədəf alıb.
Hücumda qadın və uşaqların da olduğu azı 66 nəfərin şəhid olduğu, 100-dən çox adamın isə yaralandığı bildirilib.
İsrailin davam edən hücumlarının axtarış-xilasetmə işlərini çətinləşdirdiyi bildirilsə də, sionist İsrail hücumun məqsədi ilə bağlı açıqlama verməyib.