Sionist qüvvələr Suriyanın paytaxtı Dəməşqin cənub ətraflarında 9 kəndi işğal ediblər.
Az.rasthaber.comxəbər verir ki, Reuters İsrail ordusunun Suriyanın cənubuna hücumlarından sonra əsgərlərin Dəməşqin təxminən 25 kilometrliyində olduğunu açıqlayıb.
Digər tərəfdən, 400 kvadrat kilometrlik bufer zonası da İsrail qüvvələri tərəfindən işğal edilib və qatil İsrail rejimi bir neçə gün ərzində Suriya ərazisində 300-dən çox hərbi hədəfi vurub. Vurulan yerlərin kəşfiyyat binası, kimyəvi silah istehsalı müəssisəsi kimi mühüm nöqtələr olması diqqət çəkirdi.