Bildirilib ki, sionist rejim qüvvələri Suriyanın paytaxtı Dəməşqin ətrafına yeni hava hücumu həyata keçirib.
Az.rasthaber.com xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə Dəməşq ətrafındakı bəzi məntəqələrin yerli vaxtla saat 15.10-da düşmən İsrailin hava hücumu ilə hədəf alındığı bildirilib.
Xəbərdə, “Havadan müdafiə sistemlərimiz Colan təpələri istiqamətindən atılan iki raketdən birini vurdu. “Hücum zamanı ziyan dəyib”.
Sionist hakimiyyət orqanları hücumla bağlı açıqlama verməyib.