İsrail rejiminin qətliamında 34-cü gün
Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin xəbərinə görə, minlərlə xəstə və qaçqının yerləşdiyi Şifa xəstəxanası sionist İsrail təyyarələrindən aralıqlarla atılan raketlərin hədəfi olub.
İşıqlandırma məşəllərinin eyni vaxtda istifadə edildiyi hücumlar nəticəsində qəlpələr xəstəxananın ətrafına ziyan vurub.
Yenə şəhərin qərbində yerləşən Nəsr Uşaq Xəstəxanasına hava hücumu nəticəsində bölgədə olan 3 fələstinli şəhid olub, onlarla insan yaralanıb.
Digər tərəfdən, İsrail artilleriyası Rəfah şəhərinin şərqinə atəş açıb.
Sionist İsrail qüvvələri Qəzzada kitabxana və mədəniyyət mərkəzlərini də hədəfə alıb
İşğalçı rejim qüvvələrinin blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda 15 şair, yazıçı, xəttat, tədqiqatçı və sənətçi şəhid olub. Bombardman nəticəsində bir çox kitabxana və mədəniyyət ocaqları dağıdılıb.
Fələstin Mədəniyyət Nazirliyi oktyabrın 7-dən etibarən sionist İsrailin bombardmanları nəticəsində şəhid olan şair, yazıçı və sənət adamları, hücumlar nəticəsində dağıdılan mədəniyyət və incəsənət müəssisələri haqqında məlumat verib.
Açıqlamada həyatını itirənlər arasında rəssam və teatr sənətçilərinin də olduğu bildirilib, Qəzzada 5 kitabxana, 1 nəşriyyat və 6 mədəniyyət mərkəzinin dağıdıldığı qeyd edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Qəzzada 76 mədəniyyət mərkəzi, 3 teatr, 5 muzey, 15 nəşriyyat və kitab mağazası, 80 kitabxana var.
Qəzzada olan Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, sionist İsrailin həyata keçirdiyi hücumlarda 4 min 324-ü uşaq, 2 min 823-ü qadın olmaqla, 10 min 569 fələstinli şəhid olub, ən azı 26 min 475 nəfər isə yaralanıb.