İsrail cari həftədə Dəməşqin ətrafını ikinci dəfə hədəfə alıb

İsrail cari həftədə Dəməşqin ətrafını ikinci dəfə hədəfə alıb

İsrailin hərbi təyyarələri işğal edilmiş Fələstin əraziləri üzərindən Suriya paytaxtının ətrafını hava zərbələri ilə hədəfə alıb. Havadan müdafiə sisteml`ri hərəkətə keçib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, İsrail təyyarələri ötən gecə saat 01 radələrində Fələstinin işğal edilmiş əraziləri səmasından Dəməşqi və ətrafını hədəfə alıb.

Havadan müdafiə sistemləri atılan raketlərin çoxunu vurub.

İlkin məlumata görə İsrailin təcavüzü nəticəsində bəzi maddi xəsarətlər və dağıntılar qeydə alınıb.

Qeyd edək ki, İsrail son 10 gündə üçüncü və cari həftədə ikinci dəfədir Suriya ərazisinə təcavüz edir.

Xəbəri paylaş

VİDEOLAR