İsrail bütün gecə boyu Qəzzanı bombalayıb

İsrail bütün gecə boyu Qəzzanı bombalayıb

Sionist rejim ordusunun blokada altındakı Qəzza zolağına hücumları nəticəsində çoxlu sayda fələstinli şəhid və yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və düşərgədəki Əbu Davud məscidinin ətrafını bombardman etməsi nəticəsində şəhid və yaralananlar olub.

Sionist rejim artilleriya bölmələrinin Qəzza zolağının şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsi və Qəzza şəhərinin şərqindəki əl-Tuffah bölgəsinə hücumu nəticəsində çoxlu sayda fələstinli, o cümlədən qadın və uşaqlar şəhid və yaralanıb.

Artilleriya bölmələri cənubdakı Xan Yunis şəhərinə ardıcıl şiddətli hücumlar təşkil etdi; Bu bombardmanda şəhidlər və yaralananlar olub.

Bundan əlavə, Qəzzə zolağının mərkəzi hissəsi sionist rejimin döyüş təyyarələri və artilleriyasının intensiv bombardmanları nəticəsində şiddətli partlayışlarla silkələnib.

Sionist rejimə məxsus pilotsuz uçuş aparatları da Meqazi Qaçqınlar Düşərgəsindəki evi və Nusayrat düşərgəsindəki bir neçə evi bombalayıb. Hücumda çoxu uşaq olmaqla çox sayda insan yaralansa da, şəhidlər də var.

Xəbəri paylaş

VİDEOLAR