İsrail bütün gecə boyu Qəzzada mülki insanları bombalayıb

İsrail bütün gecə boyu Qəzzada mülki insanları bombalayıb

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yazılı açıqlamasında sionist İsrailin davam edən hücumları ilə bağlı məlumat paylaşıb.

Az.rasthaber.com xəbər verir ki, qatil İsrail Qəzza zolağındakı hücumlarında məktəblərə sığınan mülki insanları hədəf almağa davam edib.

Basal qatil İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 9-u uşaq olmaqla 34 fələstinlinin şəhid olduğunu bildirib.

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ən azı 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 272 fələstinli şəhid olub, 95 min 551 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR