İsrail bütün etirazlara baxmayaraq, məhkəmə səlahiyyətlərini məhdudlaşdıran layihəni qəbul edib

İsrail bütün etirazlara baxmayaraq, məhkəmə səlahiyyətlərini məhdudlaşdıran layihəni qəbul edib

Aylarla davam edən etirazlara baxmayaraq, sionist rejim Məclisinin (Knesset) Konstitusiya Komissiyasında Ali Məhkəmənin hökumət üzərində nəzarətini məhdudlaşdıran qanun layihəsi qəbul edilib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, 7-si müxalifətdən, 9-u isə iqtidar koalisiyasından olan 16 nəfərlik Konstitusiya Komissiyasında məhkəmənin hökumət üzərində nəzarətini məhdudlaşdıran qanun layihəsi səsə qoyulub.

Ali Məhkəmənin hökumət və parlamentin “uyğunsuzluq” hesab etdikləri təqdirdə (qanun baxımından) əleyhinə qərar vermək səlahiyyətini məhdudlaşdıran yuxarıda adı çəkilən qanun layihəsi komissiya üzvlərinin 9-nun səsi ilə təsdiqlənib və qanun layihəsinin gələn həftə Assambleyada səsverməyə çıxarılacağı gözlənilir.

Qanun layihəsi məclisdə üç fərqli iclasda təsdiq olunarsa, hökumətin aylardır israr etdiyi mübahisəli “məhkəmə islahatları” paketinin ən mühüm bəndlərindən biri qüvvəyə minəcək.

Xəbəri paylaş

VİDEOLAR