İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib: “Bu gün bizim sınaq günümüzdür və Misirin Qəzzaya su, dərman, qida və yanacaq göndərmək üçün Rəfah sərhəd qapısını açması gözlənilir”.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan X sosial media hesabında bunları paylaşıb:
“Riyadda Misirin Xarici İşlər Naziri cənab Samih Şükriyə dedim ki, bu gün bizim sınaq günümüzdür və Misirin Qəzzaya su, dərman, qida və yanacaq göndərmək üçün Rəfah qapısını açması gözlənilir.
İsrail rejimi oktyabrın 7-də süqut etdi və hazırda ABŞ-ın süni tənəffüsü ilə ayaqda qalır. Dünyanın şahidi olduğu şey ABŞ-ın Qəzzaya qarşı genişmiqyaslı müharibəsidir”.