İsrail 6 ayda fələstinlilərə məxsus 44 min hektar ərazini qəsb edib

İsrail 6 ayda fələstinlilərə məxsus 44 min hektar ərazini qəsb edib

İşğalçı İsrail rejiminin ilin əvvəlindən bu yana Fələstinə məxsus 303 binanı yıxdığı və işğal altındakı İordan çayının qərb sahilində 44 min hektar ərazini qəsb etdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Yəhudi Məskənləri ilə Mübarizə Şurası 2023-cü ilin ilk 6 ayı ərzində işğalçı İsrail rejiminin pozuntuları ilə bağlı hesabat dərc edib.

Məlumata görə, sionist işğal rejiminin ünsürləri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə yüzlərlə söküntü həyata keçirib. Bu söküntülərdə bir Fələstin məktəbi də daxil olmaqla 303 bina yerlə-yeksan edilib. Dağıntılar nəticəsində 272-si uşaq olmaqla 543 nəfər evsiz qalıb.

İşğal rejiminin bu ilin ilk 6 ayında Fələstin strukturlarına qarşı təxribat, ağacların sökülməsi, yolun kəsilməsi və fiziki xəsarət yetirilməsi kimi 4073 pozuntuya yol verdiyinə diqqət çəkən hesabatda, yəhudi köçkünlərin 1148 hücumu nəticəsində 8 fələstinlinin həlak olduğu bildirilib.

Hesabatda işğal rejimi tərəfindən Fələstin vətəndaşlarına məxsus torpaqlarda 13 qeyri-qanuni yaşayış məntəqəsi yaradılarkən, müxtəlif səbəblərlə 44 min hektar ərazi zəbt edilib.

Bundan əlavə, ilin əvvəlindən işğalçı qüvvələr və sionist mühacirlər tərəfindən 8340 ağacın kəsildiyi və ya zədələndiyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR