İsrail 207 gündür Qəzzada soyqırım törədir

İsrail 207 gündür Qəzzada soyqırım törədir

Qatil İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda fələstinli şəhidlərin sayı son 24 saatda 47 nəfər artaraq 34 min 535-ə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 207 gündür hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 47 fələstinlinin həyatını itirdiyi, 61 fələstinlinin isə yaralandığı bildirilib.

AA-nın məlumatına görə, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 34 min 535-ə, yaralıların sayı isə 77 min 704-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Xəbəri paylaş

VİDEOLAR