İsrail 20 fələstinli tələbəni həbs etdi

İsrail 20 fələstinli tələbəni həbs etdi

Sionist rejim hərbçiləri qərb sahilində yerləşən Birzeyt universitetinin qırx tələbəsini həbs ediblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Sionist rejim hərbçiləri bu fələstinli tələbələri Ramullahın şimal-şərqində yerləşən Tramsaia kəndində olarkən həbs ediblər.

Sionist rejimin iddiasına görə, həbs olunan tələbələr Birzeyt universitetində Həmas hərəkatının fəalları və himayədarlarıdırlar.

Tramsaia kəndindəki yerli mənbələr də deyiblər ki, Birzeyt universitetinin tələbələri sionist hərbçilərin bir neçə gün bundan öncə evini dağıtdıqları Müntəsir Şelbini himayə və onunla həmrəylik üçün həmin kəndə getmişdilər.

Müntəsir Şelbi son zamanlar bir ekstremist sionisti atəş ilə öldürmüşdü.

Birzeyt universiteti bu barədə bildirib ki, nigarançılıqla həbs olunmuş tələbələrin vəziyyətini izləyəcək.

“Ərəb fövqəladə şərait təşkilatı”nın məlumatına görə, işğal olunmuş ərazilərdə fələstinlilərin yatırılmaları və həbs edilmələri dalğası davam etməkdədir. Bu təşkilat bildirib ki, hər gün orta hesabla yüzdən çox fələstinli sionist rejim tərəfindən həbs olunur.

Xəbəri paylaş

VİDEOLAR