Məsələ barədə məscidin icma sədri Hifzi Əbu Süneynə məlumat verib.
Rasthaber Azərbaycan Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, İsrail 2020-ci ildə müsəlmanlar üçün xüsusi yeri olan Hərəmi-İbrahim məscidində azanın səslənməsini 634 dəfə qadağan edib.
Qeyd edək ki, adıçəkilən məscid İsrailin işğal altında saxladığı Əl-Xəlil şəhərində yerləşir.
Məsələ barədə məscidin icma sədri Hifzi Əbu Süneynə məlumat verib.
Onun sözlərinə görə, təkcə dekabr ayında İsrail həmin məsciddə azan oxunmasını 46 dəfə qadağan edib. İsrail iddia edir ki, azan səsi yəhudi mühacirləri narahat edir.
Məscid rəsmisi əlavə edib ki, azan ən çox cümə günü axşam saatlarında və şənbə günü bütün gün ərzində qadağan edilir.