İspaniyanın İslam Komissiyasının sədri koronavirusdan dünyasını dəyişdi

İspaniyanın İslam Komissiyasının sədri koronavirusdan dünyasını dəyişdi

İspaniyanın İslam Komissiyasının sədri koronavirusdan dünyasını dəyişib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İspaniya İslam Komissiyasının sədri Riay Tatari yeni növ koronavirus pandemiyasından dünyasını dәyişib.

1960-cı illәrin sonunda İspaniyaya gedәn Suriya mәnşәli Riay Tatari uzun illәr boyu Madrid mәscidinin imamı vәzifәsini icra edib. İspaniya İslam Komissiyasının sədri vәzifәsini dә icra edәn 72 yaşlı Riay Tatari koronavirus epidemiyası ilә bağlı müalicә olunduğu xәstәxanada vәfat edib.

İspaniya Müsәlman icmasının rәhbәri olan Riay Tatarinin vәfatından sonara ölkәdәki katolik və yəhudi quruluşları ilə Madrid Yepiskopu, Kardinal  Carlos Osoro Sierra başsağlığı mesajı yayımlayıb.

Türkiyәnin Madriddәki sәfirliyinin rәsmi internet sәhifәsindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Yeni növ koronavirus epidemiyasından vәfat edәn İspaniya İslam Komissiyasının sәdri Riay Tatariyә Allahdan rәhmәt, ailәsinә vә İspaniyadakı müsәlman icmasına dәrin hüznlә başsağlığı veririk’’.

Qeyd edәk ki, Riay Tatari  bir neçə gün öncə koronavirusa yoluxma səbəbindən paytaxt xəstəxanalarından birinə aparılmışdı. Tatarinin  həyat yoldaşının da vəziyyətinin ağır olduğu bildirilir.

Xəbəri paylaş

VİDEOLAR