İspaniyanın Baş naziri Pedro Sançes Vaşinqtonda keçirilən NATO Atlantika Şurasının dövlət və hökumət başçılarının iclasında iştirak edib.
Az.rasthaber.com xəbər verir ki, İspaniya mətbuatında dərc olunan xəbərdə İspaniya Baş Nazirliyindəki mənbələrə əsaslanaraq, Sançes NATO-nun qapalı iclasındakı çıxışında deyib:
“Bizi Ukraynaya dəstəyimizə xələl gətirəcək ikili standartlar tətbiq etməkdə ittiham etmək olmaz. Əksinə, Rusiyanın Ukraynaya hücumuna qarşı olduğu kimi Qəzza üçün də eyni birliyi və ardıcıllığı tələb edirik.
Vətəndaşlarımızın bizim ardıcıl siyasi mövqeyimiz olduğunu, heç bir ikili standartların olmadığını anlamaları vacibdir. Beynəlxalq hüququ müdafiə etdiyimiz üçün Ukraynanı dəstəkləyirik deyiriksə, Qəzzada da bunu etməliyik. Əgər biz Ukraynada beynəlxalq hüquqa hörmət tələb ediriksə, Qəzzada da buna hörmət tələb etməliyik".