İspaniya hökumətinin yüksək rütbəli rəsmisi bazar günü deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun hərbi cinayətkar kimi mühakimə olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinə aparılmalıdır.
Az.rasthaber.com xəbər verir ki, İspaniyanın sosial hüquqlar nazirinin səlahiyyətlərini icra edən bazar günü Avropanı Fələstində planlaşdırılan soyqırıma qarşı təcili tədbirlər görməyə çağırıb.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, İspaniyanın sosial hüquqlar naziri vəzifəsini icra edən “İon Belara” sosial şəbəkədə yazı dərc edərək deyib: “Bu gün biz Fələstin xalqına qarşı İsrail tərəfindən həyata keçirilən bu planlaşdırılmış soyqırımına və etnik təmizləməyə birdəfəlik son qoymaq istəyən ölkə xalqının və bütün Avropadakı insanların yanındayıq”.