İspaniya hökümət karantin rejimini yüngülləşdirir

İspaniya hökümət karantin rejimini yüngülləşdirir

İspaniyada şənbə günü martın 23-dən bəri ilk dəfə olaraq bir gündə koronavirusdan ən az ölüm halları qeydə alınıb.

Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, ölkədə karantin rejiminin yüngülləşdirilməsi ilə minlərlə biznes yenidən açılmağa hazırlaşır.

İspaniyada bir gün ərzində 510 nəfər ölüb və bununla ümumi ölənlərin sayı 16353-ə çatıb. Bu barədə Səhiyyə Nazirliyi yaydığı bəyanatında bildirib. Virusa təsdiq olunan yoluxma halları bir gün ərzində 157022-dən 161852-ə çatıb.

Ölüm hallarında azalma virusdan ölən insanların sayına görə İtaliya və Birləşmiş Ştatlardan sonra üçüncü yerdə gələn İspaniya üçün müsbət əlamətdir.

Aprelin əvvəlində bir gün ərzində ölənlərin sayı 950-ə çatmışdı və bölgə rəsmiləri istifadə olunmayan ictimai binalar və buz meydançalarında müvəqqəti morqlar quraşdırmışdı.

Ən çox təsirə ölkənin tibb işçiləri məruz qalıb.

Səhiyyə sahəsidə fövqəladə hallar idarəsin sədrinin müavini Maria Xose Sierra deyib ki, indiyədək 25 min tibb işçisi virusa yoluxub. Bu da ümumi yoluxanların 15 faizi deməkdir.

Yeni yoluxma və ölüm hallarının sürəti azaldığı üçün, hökümət tədricən insanların martın ortalarından bəri evdə qalmalarına səbəb olan karantin tədbirlərini yumşaltmağa başlayıb.

Bazar ertəsindən başlayaraq inşaat və istehsal sahəsində çalışan işçilərin işlərinə geri dönmələrinə icazə veriləcək. Buna baxmayaraq hökümət İspaniyanın Fransa və Portuqaliya ilə sərhdədində keçidlərə tətbiq olunan məhdudiyyətləri iki həftə daha uzadıb.

Hökümətin tətbiq etdiyi qaydalata əsasən, şirkətlər işçiləri qoruyucu avadanlıqlarla təmin etməli və aralarında azı iki metr məsafənin olmasını təmin etməlidirlər.

Karantin katolik ölkədə Pasxa şənliklərinə maneə törədib. Din xadimləri və ibadət edən insanlar bu şənliklərdə iştirak etməyin yeni yollarını tapıblar.

Xəbəri paylaş

VİDEOLAR