İspaniya Fələstin dövlətini rəsmən tanıdı

İspaniya Fələstin dövlətini rəsmən tanıdı

İspaniya paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini rəsmi olaraq tanıdı.

Az.rasthaber.com xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançez ölkəsinin Qəzza zolağı və İordan çayının qərb sahili də daxil olmaqla Fələstin dövlətini tanıyacağını açıqlayıb.

Reuters-in məlumatına görə, bu səhər verdiyi açıqlamada Sançes Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi qəbul edəcəklərini bildirib.

Sülhün əldə edilməsi üçün Fələstinin bir dövlət olaraq tanınmasının vacib olduğunu ifadə edən Sançez, "İspaniya 1967-ci il sərhədlərində bütün tərəflər tərəfindən qəbul edilmədikcə heç bir dəyişikliyi tanımayacaq" dedi.

Ötən həftə Norveç və İrlandiya ilə birgə bəyanatda İspaniya Fələstin dövlətini tanımaq üçün hərəkətə keçəcəklərini açıqlamışdı.

Bu addıma reaksiya verən İsrail İspaniyanın Qüdsdəki konsulluğunun fələstinlilərə xidmət göstərməsini qadağan edib.

Digər tərəfdən, Norveç bu gün Fələstin dövlətini rəsmən tanıyacaq.

Xəbəri paylaş

VİDEOLAR