Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti Qəzzada baş verənləri müzakirə etmək üçün Misirə gedib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasına görə; HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin Qəzza zolağına hücumlarında baş verən hadisələrlə bağlı ölkə rəsmiləri ilə görüşmək üçün Misirin paytaxtı Qahirəyə gedib.
HƏMAS-ın verdiyi açıqlamada, müharibə şəraitində keçirilən bu danışıqların “atəşkəs əldə edilməsi və Fələstin xalqına yardımların çatdırılması və Fələstin xalqının məqsədlərinə çatmaq üçün səylər çərçivəsində olduğu bildirilib. "
Misirin paytaxtı Qahirə bir neçə aydır ki, Amerika, Misir, Qətər və İsrail arasında birbaşa və ya dolayı görüşlərə ev sahibliyi edir. Danışıqlar zamanı atəşkəs və əsir mübadiləsi məsələləri müzakirə olunur.