Həmas lideri Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında çıxış edib
Rasthaber Azərbaycan xəbər verir ki, Həmasın siyasi büro lideri İsmayıl Haniyə də Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında çlxlış edib.
Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə çıxışı zamanı deyib ki, Qüds Fələstinin digər məkanlarından daha çox yəhduləşdirmə fitnəsi və təhlükəsinə məruz qalır.
O, Amerikanın öz səfirliyini Qüds şəhərinə köçürməsini və bu şəhərin sionist rejimin paytaxtı kimi təqdim olunmasını tənqid etməklə həmin rejimin fitnələri qarşısında müsəlman ümmətinin birliyi və həmrəyliyini istəyib.
Həmas-ın siyasi bürosunun sədri sionist rejimin fitnəkar planları ilə yeganə mübarizə yolu kimi geniş və əhatəli hərbi müqavimətə təkid edərək, İran İslam Respublikası xüsusiyyət təşkil etməklə müqavimət mehvərinin fələstinli qrupları himayə üzrə addımlarını yüksək dəyərləndirib.
“ İran İslam Respublikasının mərhum rəhbəri İmam Xomeyni(r.ə.) Ramazan ayının sonuncu cüməsini Qüds günü adlandırmaqla Fələstin müqavimətinə digər bir ruh bəxş etdi., - deyə İsmayıl Haniyə əlavə edib.