İslami Cihad: İsrailin fələstinli əsirlərə qarşı zülmləri bağışlanmazdır

İslami Cihad: İsrailin fələstinli əsirlərə qarşı zülmləri bağışlanmazdır

Fələstinin İslami Cihad Hərəkatı sionistlərin fələstinli əsirlərə qarşı hərəkətlərini bağışlanmaz cinayət adlandırıb

 "Sionistlər bilməlidirlər ki, müqavimət fələstinli məhbusları tək qoymayacaq".

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, bu barədə İslami Cihad Hərəkatı yaydığı bəyanatda bildirib.

Məlumatına görə, Fələstinin İslami Cihad Hərəkatı, 6 fələstinli əsirin Gilboa həbsxanasından qaçmasından sonra sionist rejimin həbsxanadakı fələstinli əsirlərə qarşı şiddətlənən düşmənçilik hərəkətləri ilə bağlı bəyanat yayıb.

İslami Cihad bu bəyanatda, bütün fələstinliləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist rejimlə qarşıdurmaları gücləndirməyə çağırıb.

Bundan əvvəl də, İslami Müqavimət Hərəkatı Həmas bir bəyanat yayaraq, sionist rejimə həbsxanalarındakı fələstinli məhbuslara qarşı repressiv tədbirlərin davam etməsinin nəticələri ilə bağlı xəbərdarlıq edərək, bu təhlükəli siyasətin nəticələrinə və bütün məhbusların həyatına görə sionist rejimin tam məsuliyyət daşıdığını bildirib. 

Dünən də, Fələstin müqavimət qrupları, Misir vasitəsilə sionist rejimə sərt bir mesaj göndərərək, Gilboa həbsxanasından qaçan altı məhbusa qarşı hər hansı bir hücum, terror və ya ailələrinə təzyiqlə bağlı xəbərdarlıq edərək, belə olacağı halda hərbi qarşıdurmanın baş verəcəyini söyləyiblər.

Qeyd edək ki, bazar ertəsi günü 5-i İslami Cihad Hərəkatının, digəri isə Fəth hərəkatının üzvü olan altı fələstinli məhbus Fələstinin işğal olunmuş ərazilərinin şimalında yerləşən və güclü təhlükəsizlik tədbirləri ilə qorunan Gilboa həbsxanasından qaçmağa müvəffəq olublar. 

Altı fələstinli məhbusun qaçmasından sonra İsrail rejiminin təhlükəsizlik qüvvələri həbsxanalardakı fələstinli məhbuslara qarşı şiddəti artırıb və onların bir neçəsinin ailələrini həbs ediblər.

Xəbəri paylaş

VİDEOLAR