İslami Cihad: İran Fələstin xalqına dəstək verən yeganə ölkədir

İslami Cihad: İran Fələstin xalqına dəstək verən yeganə ölkədir

Fələstin İslami Cihadının Tehrandakı nümayəndəsi bəyan edib ki, İran İslam Respublikası Fələstin xalqına dəstək verən yeganə ölkədir.

Az.rasthaber.com xəbər verir ki, İslami Cihad Nümayəndəsi Nasir Əbu Şərif açıqlamasında deyib: İran İslam Respublikası kimi bütün İslam ölkələri sionist rejimin işğalına qarşı Fələstin xalqının yanında möhkəm dayanmalıdır.

Əbu Şərif qeyd edib ki, sionist rejimlə hər cür əlaqə yaratmaq Fələstin xalqının ziyanına və sionist rejimin varlığını qorumaq üçündür.

İslami Cihad Nümayəndəsi Türkiyənin sionist rejimlə münasibətlərini normallaşdırması və Fələstin məsələsində nəzərəçarpacaq bir geriləmə olduğunu bildirərək, Türkiyə rəsmilərinin bunu daxili və ya xarici səbəblərə görə etmiş ola biləcəyini, lakin bu mərhələni uğurla geridə qoymayacaqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR