"Sionist rejim yanlış olaraq, müqaviməti məğlub edə biləcəyini düşünürdü, amma müqavimətin imkanları onu təəccübləndirdi".
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, bunu Fələstinin İslami Cihad Hərəkatı siyasi bürosunun üzvü Xalid əl-Bətş deyib.
Fələstinin İslami Cihad Hərəkatı siyasi bürosunun üzvü Xalid Əl-Bətş fələstinli uşaqların və yeniyetmələrin sionist rejim tərəfindən öldürülməsinə reaksiya verib: "Bu rejim torpaqlarımızı işğal etməyə davam etdiyi müddətcə daimi cihad olacaq, çünki fələstinlilər ərazilərinin bir qarışından belə vaz keçməyəcəklər."
"Qüds Qılıncı" düyüşünün işğalçı sionist rejimlə son döyüş olmadığını bəyan edən Əl-Bətş "Qüds Qılıncı" döyüşünün nəticələri hələ də davam edir və sionist rejimin Qəzzənin mühasirəsini gücləndirməklə hansısa bir uğur qazanmağa çalışmasına rəğmən, o, uğursuz olacaq", -deyə əlavə edib.