İslami Cihad: Biz bütün əsirləri azad etməyə hazırıq

İslami Cihad: Biz bütün əsirləri azad etməyə hazırıq

Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hindi deyib: “İsrail bütün əsirlərimizi azad etməyə hazırdırsa, biz də hazırıq”.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hindi, hər iki tərəfin əsirlərlə bağlı “hər kəsin əvəzində hər kəsi azad etmək” fikrini qəbul edə biləcəyini ifadə edərək, “İsrail bütün əsirlərimizi azad etməyə hazırdırsa, biz da hazırdırlar”, - deyə bildirib.

Məsələ ilə bağlı Əl-Cəzirə televiziyasına açıqlama verən Hindi, İslami Cihad Hərəkatının hərbi qanadı Qüds Briqadalarının qadın və uşaqlardan ibarət “mülki məhbusları” təhvil verdiyini bildirib.

Baş katibin müavini Hindi, "Məhkumlar məsələsində hər iki tərəfdən hər kəsin müqabilində hər kəsin azad edilməsi tənliyini qəbul edə bilərik. İsrail bütün məhbuslarımızı azad etməyə hazırdırsa, biz də hazırıq" dedi.

Sionist rejimin hərbi yolla əsirləri xilas edə bilmədiyini və buna görə də bu mövzuda seçiminin çətin olduğunu bildirən Hindi, sionist rejimin müharibəyə hazırlaşmaq niyyətində olduğunu göstərməklə danışıqların gedişinə təsir göstərməyə çalışdığını bildirib.

Hindi "düşmənə etibar olmadığı üçün" hər cür gərginliyə hazır olduqlarını vurğulayıb.

Müqavimət qüvvələrinin fəaliyyəti və Fələstin xalqının əzmkarlığının mübarizənin taleyini müəyyən edəcəyini vurğulayan Hindi, sionist rejimin artan itkilər kölgəsində hücumlara son qoymalı ola biləcəyinə işarə edib.

Xəbəri paylaş

VİDEOLAR