İƏT Hindistandakı müsəlmanlarla bağlı çağırış edib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Hindistandakı müsəlman azlıqlar və onlara məxsus müqəddəs məkanların qorunması üçün çağırış edib.
Təşkilatın yaydığı bəyanatda Hindistandakı müsəlmanlara təsir edən son hadisələrin yaxından təqib edildiyi və Təşkilatın vətəndaşlıq haqları və Babri məscidilə əlaqədar mövzular barəsində narahat olduğu bildirilib.
Bəyanatda qeyd olunub ki, azlıq haqlarının yer aldığı BMT sazişindəki əsas və məsuliyıətlərə zidd hərəkətlər bölgədə gərginliyi dərinləşdirə, sülh və təhlükəsizlik üçün ciddi təhdid ola bilər.
Qeyd edək ki, Hindistanda kütləvi etiraz aksiyaları və qarışıqlıqlar dekabrın 11-də parlamentin "Vətəndaşlıq haqqında" qanuna yeni düzəlişləri qəbulundan sonra başlayıb.