İslam Əməkdaşlıq Təşkilatının baş katibi bir bəyanatda, Qüdsün paytaxtə olmaqla Fələstin ölkəsinin təşkili zəruriliyini vurğulayıb
Yusif Əl-Useymin, bu təşkilatın üzv dövlətləri ilə sionist rejim arasında münasibətlərin normallaşmasının, bütün Fələstin və ərəb torpaqlarının, o cümlədən Qüdsün işğalı başa çatana qədər mümkün olmayacağını bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Yusif Əl-Useymin deyib: "Bu təşkilat Fələstin xalqının öz qanuni və ayrılmaz hüquqları, o cümlədən geri qayıtmaq, öz müqəddəratını təyin etmə və Şərqi Qüdsün paytaxlığı ilə müstəqil Fələstin ölkəsinin təşkili kimi, hüquqlarını təmin etməsi üçün istənilən cəhdi dəstəkləyəcək".
Əl-Useymin bu sözləri sionist rejim ilə BƏƏ arasında münasibətləri normallaşdırmaq planının elanından iki həftə sonra irəli sürüb.
Birləşmiş Ərəb Əmirliklərinin sionist rejim ilə illərlə qizli əlaqələrindən sonra, ABŞ prezidenti Donald Tramp avqustun 13-də Əbu-Dabinin Təl-Əviv ilə rəsmi münasibətlər qurmaq üçün razılaşdığından xəbər verib.
BƏƏ-nin vəliəhdi bu hərəkəti əsaslandırarkən, iddia edib ki, bu razılaşma Qərb sahilinin İsrail rejimi tərəfindən işğal olunmuş ərazilərə ilhaq edilməsinin qarşısını almaq məqsədi daşıyır, Lakin sionist rejimin baş naziri Benyamin Netanyahu bu iddianı rədd edib.