İraqın Xalq Səfərbərlik Qüvvələri olan “Haşdi Şabi” açıqlama yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraqın Xalq Səfərbərlik Qüvvələri olan “Haşdi Şabi” ötən gün axşam saatlarında İŞİD terrorçularının Samirra şəhərinə hücum cəhdinin qarşısını alıb.
Təşkilatın bəyanatında deyilir ki, 41-ci briqadanın qüvvələri terrorçuların hücumunu dəf edərək onları qaçmağa məcbur edib.
Həmçinin İraqın “Bəsic” qüvvələri ötən gün İŞİD terror təşkilatının Mosul şəhərindəki liderini də məhv edib.
İŞİD terror təşkilatının məhv edilməsinə baxmayaraq, ölkənin müxtəlif yerlərində hələ də gizlənmiş terrorçular mövcuddur.