İŞİD terrorçularınin Suriya və Liviyadan Əfqanıstana köçürülməsilə bağlı məlumat yayıldı

İŞİD terrorçularınin Suriya və Liviyadan Əfqanıstana köçürülməsilə bağlı məlumat yayıldı

Rusiya hərbçiləri İŞİD qüvvələrinin Suriya, Liviya və digər ölkələrdən Əfqanıstana köçürüldüyünü bildirir.

Rasthaber Azərbaycan  İran mediasına istinadən yaydığı məlumata əsasən, Rusiya ordusu ABŞ-ın Əfqanıstandakı 20 illik işğalını sona çatdırmağa hazırlaşdığı və hökumət qüvvələri ilə "Taliban" arasında toqquşmaların şiddətləndiyi bir vaxtda Əfqanıstanda İŞİD terrorçularının mövcudluğu barədə xəbərdarlıq edib.  

Bu barədə İnterfaks rəsmi mənbələrə istinad edib.

Qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İŞİD-lə əməkdaşlığı barədə açıqlamalar verməsindən beş gün sonra Rusiya ordusu terrorçuların Əfqanıstana köçürülməsi barədə bu məlumatı yayıb.

Rusiyanın ABŞ və İŞİD terrorçuları arasında əməkdaşlığı sübut edən kifayət qədər məlumata malik olduğunu vurğulayan Mariya Zaxarova avqustun 1-də Moskvanın bunu artıq ictimailəşdirəcəyini və beynəlxalq təşkilatların bundan istifadə edə biləcəyini söyləyib.

Xəbəri paylaş

VİDEOLAR