İŞİD terrorçularının Kərbəla qapısına sızmasının qarşısı alınıb

İŞİD terrorçularının Kərbəla qapısına sızmasının qarşısı alınıb

"Haşdi Şabi" bu barədə məlumat yayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, "Haşdi Şabi"nin Əl-Cəzirə Əməliyyat Komandanlığının 47-ci briqadası İŞİD ünsürlərinin Babil əyalətinin şimalındakı Cürf Ən-Nəsr bölgəsinə sıza bilmədiklərini açıqlayıb.
"Haşdi Şabi" mənbələri, 47-ci "Haşdi Şabi" briqadasının bir bölməsinin azad edilən Cürf Ən-Nəsr bölgələrinə girməyə çalışan Cürf Ən-Nəsr bölgəsindəki İŞİD terror qruplaşmasının qalıqlarından ibarət terror dəstəsi ilə silahlı toqquşma baş verdiyini bildirib.
Mənbələrin bildirdiyinə görə, qarşıdurma 47-ci "Haşdi Şabi" briqadasının döyüşçülərindən biri şəhid olub.
"Haşdi Şabi" qüvvələri bu yaxınlarda İŞİD terror qruplaşmasının Cürf Ən-Nəsr bölgəsinə sızmaq üçün həyata keçirdiyi bir neçə əməliyyatın da qarşısını almışdı.
Babil vilayətinin şimalında və Bağdadın cənubunda İŞİD-dən azad edilmədən əvvəl “Cürf Əs-Səxr” adlandırılan Cürf Ən-Nəsr Kərbəlaya getmək üçün strateji şəhərdir və dolayısı ilə “Kərbəla Qapısı” adlandırılır.

Xəbəri paylaş

VİDEOLAR