İraq Ordusu və Haşd Şabi ortaq açıqlama yayıb
Rasthaber Azərbaycan Sumariya-ya istinadən xəbər verir ki, İraqın “Həşd Şabi” qüvvələri ötən çərşənbə günü axşam saatlarında İŞİD terrorçularının Diyalə əyalətinə hücum cəhdinin qarşısını alıblar.
Bildirilir ki, terrorçuların Əhməd Tahir kəndinə olan hücum planı puç edilib və onlar qaçmağa məcbur ediliblər.
Həmçinin Ənbar əyalətinin qərb hissəsində də iki terrorçu məhv edilib.
Qeyd edək ki, artıq bir neçə ildir ki, İŞİD terror təşkilatı süqut edib. Terrorçuların qalıqlarına qarşı əməliyyatlar isə uğurla davam etdirilir.