İŞİD terrorçuları Nigerdə yerləşən məscidlərdən birində qırğın törədiblər.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Niger daxili işlər naziri Məhəmməd Toumba baş vermiş dəhşətli terror aktı ilə bağlı məlumat verib.
Belə ki, Fonbita kəndindəki ibadətgah İŞİD terror təşkilatının hücumuna məruz qalıb.
Nəticədə İŞİD-çilər məsciddə ibadət edən ən azı 44 günahsız müsəlmanı qətlə yetiriblər. Həmçinin 13 nəfər də yaralanıb.
Ölkədə 3 günlük matə elan edilib.
Xatırladaq ki, regionda İŞİD və “əl-Qaidə” terror təşkilatlarına bağlı terrorçular tərəfindən tez-tez amansız terror aktları törədilir.