Məlumata görə, “Haşdi Şabi” bu haqda açıqlama yayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın “Haşdi Şabi” gücləri Səlahəddin əyalətində İŞİD terrorçularının əkinçilik sahələrini yandırmaq istəyinə mane olub.
Məlumata görə, “Haşdi Şabi” bu haqda açıqlama yayıb.
Açıqlamaya görə, Talul Bac bölgəsində terrorçularla silahlı qarşıdurma yaşanıb və terrorçulardan biri öldürülüb, biri yaralanıb.
Açıqlamaya görə, İŞİD vəhabi terrorçularının buğda ərazilərinə od vurmaq istəyi, əkin maşınlarını ələ keçirmək və əkinçilərə qarşı terror cəhdi “Haşdi Şabi”nin müdaxiləsilə uğursuz alınıb.