İki bu cür məzarlıq Rəqqanın şimalındakı əl-Fərhaniyyə və Eyn-İssa bölgələrində tapılıb.
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, Suriyanın Raqqa əyalətində İŞİD terrorçularının qətlə yetirdiyi insanların basdırıldığı kütləvi məzarlıq aşkar edilib.
İki bu cür məzarlıq Rəqqanın şimalındakı əl-Fərhaniyyə və Eyn-İssa bölgələrində tapılıb.
1-ci kütləvi məzarlıqda 15 cəsəd, ikinci də isə 40 cəsəd aşkar edilib. Həmin cəsədlər İŞİD terrorçuları tərəfindən edam edilmiş Suriya əsgərlərinə aiddir.
Cəsədlər analizlərin keçirilərək kimliklərinin müəyyən edilməsi və daha sonra ailələrinə təhvil verilmələri üçün Hələb hərbi hospitalına çatdırılıblar.