İŞİD-ə qarşı müdafiə fətvasının 9-cu ildönümü qeyd edildi

İŞİD-ə qarşı müdafiə fətvasının 9-cu ildönümü qeyd edildi

Nəcəfdə İmam Əlinin (ə) mübarək türbəsində böyük mərcə Ayətullah Seyid Sistaninin İŞİD-ə qarşı müdafiə fətvasının 9-cu ildönümü qeyd edilib.

Az.rasthaber.com xəbər verir ki, mərasimdə İŞİD-ə qarşı müharibə zamanı şəhid olanlar yad edilib, şəhid ailələrinə dəstək ifadə olunub.

Qeyd edək ki, İŞİD İraqı işğal etmək və ziyarətgahları partlatmaq üçün hücumlara başlamasından bir müddət sonra böyük mərcə Ayətullah Seyid Sistani müdafiə fətvası vermişdi. Bu fətvadan sonra milyonlarla əli silah tutan şəxs könüllü olaraq terrorçulara qarşı mübarizəyə qalxmışdı. Nəticədə İŞİD tamamilə darmadağın edilmiş, bəziləri qaçıb gizlənmişdi.

FOTOLARA KEÇİD

Xəbəri paylaş

VİDEOLAR