56 saniyəlik videoda İŞİD terrorçuları birini güllə ilə, digərlərinin isə başlarını kəsdiyi əks olunub.
Rasthaber Azərbaycan xəbər verir ki, İŞİD Nigeriyada 11 xristian kişinin başını kəsərək Əbubəkr Bağdadinin intiqamını aldıqlarını açıqlayıb.
İŞİD terror qruplaşmasının Nigeriya qolu Milad bayramının səhərisi sosial mediada bir video paylaşaraq ABŞ-ın oktyabr ayında öldürdüyü İŞİD lideri Əbubəkr Bağdadi və sözcüsü Əbu Həsən əl Mühacirin intiqamını alma kampaniyasının bir hissəsi olduğunu bildirib.
56 saniyəlik videoda İŞİD terrorçuları birini güllə ilə, digərlərinin isə başlarını kəsdiyi əks olunub.
Reuters videoda öldürülənlərin Nigeriyanın Borno əyalətinin Maiduguri və Damaturu şəhərlərindən qaçırılan xristian mülkü vətəndaşlar olduğunu bildirmişdi.
Əvvəlki videoda əsirlərin Nigeriya Xristian Dərnəyi və Dövlət başçısı Məhəmməd Buxariyə onları xilas etmək üçün addım atmaları üçün çağırış etdiyi qeyd edilir.