İŞİD liderinin mümkün varislərindən biri tutuldu

İŞİD liderinin mümkün varislərindən biri tutuldu

Bağdadinin mümkün varislərindən biri Abdel Nasir Kardaş həbs olunub

İraq Milli Kəşfiyyatı İŞİD terror qruplaşmasının öldürülmüş lideri Əbu Bəkir əl-Bağdadinin mümkün varislərindən biri Abdel Nasir Kardaşın tutulduğunu bildirib.

Rasthaber Azərbaycan report-a istinadən xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.

"Сinayətkar Əl-Bağdadinin varisliyinə namizəd Abdel Kardaş saxlanılıb", - agentlik bildirib. Bu, silahlının təxəllüslərindən biridir.

KİV Abdel Kardaşı İŞİD-in yeni başçısı adlandırırdı. “Guardian” qəzetinin məlumatına görə, dəstənin banilərindən biri Əmir Məhəmməd Əbdül Rəhman əl-Maulə əl-Salbi olub.

Qəzetin kəşfiyyat təşkilatının iki nümayəndəsindən aldığı məlumata görə, İraq sakini Əmir əl-Salbi əl-Bağdadinin 2019-cu ilin oktyabrında zərərsizləşdirilməsindən bir neçə saat sonra İŞİD rəhbəri təyin edilib. Nəşr yazır ki, o həmçinin Hacı Abdel və Abdella Kardaş təxəllüsləri ilə məşhurdur. 

 

 

Xəbəri paylaş

VİDEOLAR