İŞİD Kirmandakı törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Kirmandakı törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

Dünən İranın Kirman şəhərində törədilən bombalı hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə quruma bağlı Telegram kanalı vasitəsilə məlumat verilib.

Kirman əyalətində İran İnqilabı Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdada etdiyi hücumda şəhid olmasının 4-cü ildönümündə anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib.

İran rəsmiləri partlayışların terror aktı olduğunu açıqlayıb.

Kirman şəhərində olan daxili işlər naziri Əhməd Vahidi mətbuata verdiyi son açıqlamada, "Ədliyyə Tibb İnstitutu Kirmanda törədilən terror aktında şəhidlərin sayını 84, yaralıların sayını isə 284 olaraq açıqlayıb. şəhidlərin sayı arta bilər”. dedi.

Vahidi, "Bu terror hadisəsindən sonra Kirman vilayətində təhlükəsizlik vəziyyəti normaldır və hər şey nəzarət altındadır" dedi. dedi.

Xəbəri paylaş

VİDEOLAR