İŞİD Kabildəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

İŞİD Kabildəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

Əfqanıstanın paytaxtı Kabilin Daşt-e Berçi rayonunda törədilən bombalı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Az.rasthaber.com xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə şiələrin sıx məskunlaşdığı Daşt-e Berçi məhəlləsində bomba yüklü avtomobillə törədilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Qərbi Kabilin məhəlləsində dünən baş verən hadisədə 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən sonra İŞİD həm Taliban üzvlərinə, həm də mülki şəxslərə qarşı hücumlarını artırıb.

Xəbəri paylaş

VİDEOLAR