Oğurlanmış 5-ci sakinin taleyi isə naməlumdur.
Rasthaber Azərbaycan xəbər verir ki, İŞİD terrorçuları İraqın Diyalə əyalətinin Xanakin şəhəri yaxınlığındakı yaşayış məntəqəsindən qaçırdıqları 4 nəfəri edam edib.
Polisin məlumatına görə, terrorçular Dakka Cəmil kəndinə hücum edərək 1 nəfəri qətlə yetirib, 5 nəfəri isə qaçırıblar.
Ötən gün səhər saatlarında qaçırılmış insanların 4-nün cəsədi tapılıb.
Oğurlanmış 5-ci sakinin taleyi isə naməlumdur.