İŞİD terrorçuları İraqda polis əməkdaşlarına hücum ediblər.
Rasthaber Azərbaycan xəbər verir ki, İŞİD-çilər Kərkük əyalətindəki kəndlərdən birində hüquq-mühafizə əməkdaşlarına qarşı terror hücumu təşkil ediblər.
Nəticədə 7 polis əməkdaşı həyatını itirib, yaralıların sayı barədə isə məlumat verilməyib.
Yaşayış məntəqəsinə aparan yol minalanıb ki, bu da əlavə dəstək qüvvələrinin əraziyə getməsini çətinləşdirir. Toqquşmalar davam etməkdədir.