Hizbullah lideri Seyid Həsən Nəsrullah "Fələstin Müzəffərdir" konfransında deyib
Rasthaber Azərbaycan xəbər verir ki, Hizbullah lideri Seyid Həsən Nəsrullah "Fələstin Müzəffərdir" konfransının açılış mərasimində deyib: "ABŞ-ın hegemonçuluğu, bölgədəki bütün imkanları İsrail rejiminin ixtiyarına verib.".
"Haqq budur ki, xalqlar ABŞ-ın müdaxilələri və diqtələri olmadan öz müqəddəratlarını təyin etsinlər", - deyə Livan Hizbullahının baş katibi qeyd edib.
Hizbullah lideri İŞİD layihəsinin Fələstinin unudulması üçün yaradıldığını qeyd edərək "Haqqı ölçmək üçün hansı kriteriyalar istifadə edilə bilirsə, bunu Fələstin mübarizəsində və müqavimət yönlü mediada görürük. İŞİD-in qurulmasının hədəflərindən biri Fələstin məsələsini unutdurmaq idi.", -deyə əlavə edib.
"Düşmən qarşısında medianın və media diskursiyasının əhəmiyyəti çox aydındır və müqavimət mehvərinin internet saytlarının bağlanması onların effektivliyini və funksionallığını göstərdi. Hansı ki, düşməni əsəbiləşdirir və pərişan edir", - Nəsrullah çıxışının başqa hissəsində deyib.