Haşdi Şabi bu barədə açıqlama verib
Rasthaber Azərbaycan xəbər verir ki, Haşdi Şabi Məlumat Mərkəzi cümə günü verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının Suriya və İraqda fəaliyyət göstərən Mosul üzrə lideri həbs olunub.
Haşdi Şabinin Diyalə bölgəsinin sözcüsü Sadiq əl-Hüseyni Qurban Bayramı günü təhlükəsizlik protokollarına əsasən heç bir hadisə baş vermədiyini bildirib: "Diyalədə Qurban Bayramında təhlükəsizlik tədbirləri uğurlu olub və hər hansı bir təhlükəsizlik problemi və hadisəsi baş verməyib."
O həmçinin bildirib ki, Diyalədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində mindən çox Haşdi Şabi döyüşçüsü patrul xidməti aparıb.