İŞİD-in boğub öldürəcəyi uşaqlar son anda xilas edildi

İŞİD-in boğub öldürəcəyi uşaqlar son anda xilas edildi

İraq Kürdüstanında sərhədçilər terrorçuları ifşa ediblər

Rasthaber Azərbaycan xəbər verir ki, İraq Kürdüstanında sərhədçilər İŞİD terrorçularının yük maşını ilə sərhəddən keçirmək istədiyi bir neçə uşağın ölümünün qarşısını alıblar.

Sosial şəbəkədə yerləşdirilən videoda görünür ki, İraq Kürdüstanının sərhəd xidməti yük maşını sürücüsündən yükün nədən ibarət olduğunu bildirməsini tələb edir. Sisternin içərisindən uşaq ağlama səsləri gəlirdi.

Sürücü bir neçə qıfılla qapadılmış qapını aça bilmədikdə, sərhədçilər çəkiclər vasitəsi ilə buna nail olublar. Açılan dəlikdən ilk olaraq çantalar çıxır, daha sonra isə oradan güclü susuzluq və boğulma əlamətləri olan uşaqlar çıxarılır. Nəfəs üçün heç bir dəliyi olmayan sistern az qala içəridəki insanların məzarına çevriləcəkdi.

Uşaqlar yarıbihuş halda yerə uzadılıblar. Onlara su verilib.

Həmin sisterndən bir neçə qadın da çıxıb. Onlardan biri əslən Fransadan olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR