İŞİD-in baş hakimi məhv edildi - Əfqanıstanda

İŞİD-in baş hakimi məhv edildi - Əfqanıstanda

İŞİD terror təşkilatının bölgədəki “baş hakimi” məhv edilib.

Rasthaber Azərbaycan xəbər verir ki,  Əfqanıstanda İŞİD terror təşkilatının bölgədəki “baş hakimi” məhv edilib.

“Abdulla Orakzay 2 avqustda Nanqərhar əyalətindəki həbsxanaya edilən hücumun icraçısı idi”, – deyə Əfqanıstan Milli Təhlükəsizlik Direktoratından bildirilib.

Qeyd edilir ki, İŞİD-in Xorasan qolunun başçısı Orakzayın həmçinin “dinc sakinlərin başlarının kəsilməsi və terrorçularla məcburi nigah” göstərişlərində də əli olub.

Xatırladaq ki, avqust ayının əvvəlində Nanqərhar əyalətindəki həbsxanaya edilən hücum nəticəsində 29 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR