20.07.2021 12:02:17
İraq Milli Təhlükəsizlik Təşkilatı məlumatı yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Milli Təhlükəsizlik Təşkilatının İŞİD-in gizlənmiş üzvlərinin yaxalanma və məhv edilməsi istiqamətində yeni uğurlu əməliyyat haqqında məlumat yayıblar.
Məlumata görə, "İŞİD-in Bağdad valisi" kimi tanınan qruplaşmanın tanınmış liderlərindən biri həbs olunub.
Həbs olunan terrorçu, Şam, Rəqqa, əl Badiyə, Səlahəddin və Bağdad vilayətlərində İŞİD-in əmiri kimi tanınıb.
İraq Milli Təhlükəsizlik Təşkilatı bildirib ki, terrorçunun 3 vilayətdəki hərəkətləri izləndikdən sonra o həbs olunub.
Həmçinin yayılan məlumatda qeyd olunur ki, terrorçu etiraf edib və təhlükəsizlik qüvvələrilə yanaşı mülki vətəndaşlara qarşı hücumlar planladığını bildirib.