Nəticədə 1 Haşdi Şabi döyüşçüsü dünyasını dəyişib, 4-ü isə yaralanıb.
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İŞİD terror təşkilatı üzvləri İraqın Diyalə əyalətinin Xanəgin rayonuda “Həşd Şabi” (HŞ) döyüşçülərinə hücum edərək ərazidən qaçıblar.
Nəticədə 1 Haşdi Şabi döyüşçüsü dünyasını dəyişib, 4-ü isə yaralanıb.
Bu barədə Diyalə polis departamentinin rəsmisi Nihad Məhəmməd məlumat verib.
Hücum Daka kəndində baş verib.
“Hücumun məqsədi Haşdi Şabinin 28-ci briqadası döyüşçüləri olub”, – deyə o qeyd edib.
Məlum hücumdan sonra təhlükəsizlik tədbirləri çərçivəsində əraziyə əlavə HŞ qüvvələri cəlb edilib.