İŞİD cəlladı məhv edildi - Əfqanıstanda

İŞİD cəlladı məhv edildi - Əfqanıstanda

Bu haqda Əfqanıstan Milli Təhlükəsizlik Direktoratı məlumat yayıb.

Rasthaber Azərbaycan xəbər verir ki,  Əfqanıstandan İŞİD terror təşkilatının “Xorasan” qanadının kəşfiyyat başçısı Əsədulla Orakzay məhv edilib.

Bu haqda Əfqanıstan Milli Təhlükəsizlik Direktoratı məlumat yayıb.

Adıçəkilən terrorçunun məhv edilməsi əməliyyatı 1 avqust tarixində Pakistanla sərhəddə yerləşən Nanqərhar əyalətində keçirilib.

Xüsusi əməliyyatın təfərrüatları qeyd edilməyib.

Bildirilir ki, Orakzay dinc sakinlərə hücumların təşkilinin məsuliyyətini daşıyır.

Qeyd edilir ki, İŞİD-dəki rəqiblərini “təmizlədiyi” üçün ona “İŞİD-in qəssabı” ləqəbi verilib.

Xəbəri paylaş

VİDEOLAR