İŞİD-çi Əbu Məluka məhv edildi

İŞİD-çi Əbu Məluka məhv edildi

İraq hərbçiləri Ənbar əyalətində İŞİD terror təşkilatının yüksəkvəzifəli komandirini məhv edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Xidmətindən məlumat verilib.

"Əbu Məluka" ləqəbli terrorçu Mutənna Xidr Kamil Şətran Ənbarın Rutbə rayonuna endirilən hava zərbəsi nəticəsində öldürülüb.

Anti-terror əməliyyatı Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin dəqiq kəşfiyyat məlumatları əsasında keçirilib.

Həmçinin adıçəkilən terrorçunun köməkçisi də məhv edilib.

Bundan başqa, Xəmrin dağ massivində də İŞİD-ə qarşı əməliyyat keçirilib, 2 terrorçu və onlara məxsus 3 sığınacaq məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR